Azad edilmiş ərazilərdə muğam mərkəzləri yaradılacaq
16:47 05 Yanvar 2021

Azərbaycanın zəngin musiqi sənəti var və bu gün bizim sənətimiz dünyada tanınır. Bizim musiqi sənətimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan muğamı bizim milli sərvətimizdir. Ölkəmizdə müntəzəm olaraq muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir, bir çox ölkələrdən ifaçılar gəlirlər. Əlbəttə, muğam sənəti bir neçə ölkədə mövcuddur, ancaq mən hesab edirəm ki, muğam sənətinin mərkəzi məhz Azərbaycandır.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.
“Təkrarolunmaz bu sənət bu gün yaşayır, biz bu sənəti yaşadırıq. Heydər Əliyev Fondunun xətti ilə muğam sənətinin dünyada təbliği istiqamətində çox böyük işlər görülüb. Çox şadam ki, bizim gənclərimiz də muğam sənətinə böyük maraqla yanaşırlar. Bu, çox təqdirəlayiq bir haldır. Çünki bəzi hallarda gənclər daha çox populyar musiqiyə üstünlük verirlər, yəni, bəzi hallarda xarici musiqiyə üstünlük verirlər. Mən çox şadam ki, bizim gənclərimizin mütləq əksəriyyəti milli incəsənətimizə, musiqimizə bağlı olan insanlardır”, - deyə Prezident vurğulayıb.
Tanınmış muğam ustalarının gənc nəslin yetişdirilməsində oynadıqları rolu qeyd edən dövlətimizin başçısı deyib: “Bildiyiniz kimi, mənim Sərəncamımla bir neçə muğam mərkəzi yaradılmışdır – Bakı şəhərində, Ağdam və Füzuli rayonlarında, digər rayonlarda. İndi isə bu muğam mərkəzləri artıq işğaldan azad edilmiş torpaqlarda da yaradılacaqdır”.
Femida.az
Oxunub: 206
Oxşar xəbərlər
- Azad olunmuş ərazilərdə ədliyyə strukturlarının fəaliyyəti bərpa olunur
- Azad edilmiş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
- Azad edilmiş ərazilərdə müasir sosial infrastruktur qurulacaq
- Azad edilən ərazilərdə hərbçilərin sayıqlığının artırılması tapşırılıb
- Azad edilmiş ərazilərdə bölmələrin təminatı yaxşılaşdırılır - VİDEO+FOTOLAR
- Azad edilən ərazilərimiz minalardan təmizlənir - VİDEO
- Azad olunan ərazilərin bərpasına 2,2 milyard manat xərclənəcək
- Azad edilmiş ərazilərə qayıdan vətəndaşlara güzəştlər ediləcək
- Azad edilən bütün ərazilərdə FHN fəaliyyət göstərir
- Azad edilmiş ərazilərdə yeni idman obyektləri tikiləcək - RƏSMİ