Əliyev-Sarkisyan görüşü necə keçdi? -İlk açıqlama
22:41 19 Dekabr 2015
ATƏT-in Minsk qrupunun amerikalı həmsdəri Ceyms Uorlik bu gün Berndə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü şərh edib.
Femida.az xəbər verir ki, bu barədə həmsədr “Twitter” səhifəsində fikirlərini qeyd edib:
“Azərbaycan və Ermənistan prezidentlərinin görüşü 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll edilməsi istiqamətində danışıqların davam etdirilməsinin istəyi ilə başa çatıb”.
Xatırladaq ki, bu gün İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.
Oxunub: 1519