Bakı sakinindən saxta pul və narkotik götürülüb
19:14 05 Yanvar 2021

Bakı sakinindən saxta pul və narkotik götürülüb.
Femida.az-ın xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nurlan Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 ədəd 100 manat, 1 ədəd 20 manat, 1 ədəd 5 manat saxta əsginas, həmçinin, 2,6 qram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Saxlanılan şəxs üzərində aşkarlanan saxta pulu tanımadığı şəxsə narkotik vasitə satarkən əldə etdiyini bildirib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Femida.az
Oxunub: 200
Oxşar xəbərlər
- Bakıda beş avtomobil toqquşub - FOTO
- Bakıda yaşayış binasında yanğın olub
- Bakıda 30 yaşlı qadın özünü binadan ataraq intihar edib
- Bakıda piyada qadını avtomobil vurub
- Bakıda bazarın qarşısında kişini maşın vurub
- Bakıda ən çox qəzalar bu küçə və prospektlərdə olur
- Bakıda ev yanır
- Bakı metrosunun ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir
- Bakı sakini 5 kq narkotiklə tutuldu
- Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib