Ara Ayvazyanın Qarabağa qanunsuz səfəri ilə bağlı - XİN-dən açıqlama
19:38 05 Yanvar 2021
"Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir və hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə tamamilə uyğun gəlmir".
Femida.az xəbər verir ki, bunu XİN-nin sözcüsü Leyla Abdullayeva deyib. O bildirib ki, məhz Ermənistan baş naziri 10 noyabr tarixli bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb: "Bu öhdəliklərin rəsmi Yerevan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir.
Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidir.
10 noyabr tarixli birgə bəyanatın icrasının təmin olunması və bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də əməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə, gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyildir".
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- Aralıq dənizində növbəti faciə, 70 nəfərdən xəbər yoxdur
- Aralıq dənizində miqrantları daşıyan gəmi batıb, 17 nəfər boğulub
- Aradan qaldırılan məhdudiyyətlər - TAM MƏTN
- Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır
- Araik Arutunyan barəsində cinayət işi başlanıb
- Arazdan yeni suvarılan torpaqlara su verilməsi 5 milyon manata başa gələcək
- Araik Arutyunyan barəsində cinayət işi açılıb - Baş prokuror bəyanat yaydı
- Araz çayından Təbrizə su çəkilməsi planlaşdırılır
- Aran bölgəsinin turizm potensialı araşdırılır
- Araz Ağalarovun qardaşı qızının evi qarət olundu