Bu qəzetlərə maliyyə yardımı göstəriləcək - SİYAHI


11:09     06 Yanvar 2021 2020/07/qezet1hg_1593871992.jpg

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi məqsədilə 10 dekabr 2020-ci il tarixində elan edilmiş müsabiqə başa çatıb.

Femida.az xəbər verir ki, KİVDF qəzet redaksiyalarına 2021-ci ilin I yarısı ərzində aylıq maliyyə yardımı göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.

Qiymətləndirmənin nəticələrinə uyğun olaraq aşağıdakı qəzetlər göstərilən sahə (sahələr) üzrə qalib elan olunub:

“Səs” qəzeti

1) ictimai və dövlət maraqlarının müdafiəsi;

2) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;

3) gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

2.

“Şərq” qəzeti

1) fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

2) ictimai və dövlət maraqlarının müdafiəsi;

3) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.

3.

“525-ci qəzet”

1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

2) elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

3) gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

4.

“Yeni Müsavat” qəzeti

1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;

2) azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

3) uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

5.

“Bakı-Xəbər” qəzeti

1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;

2) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

3) dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

6.

“Yeni Azərbaycan” qəzeti

1) azərbaycançılıq ideyasının təbliği;

2) regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.

7.

“Novoye Vremya” qəzeti

1) azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

2) ekologiya və ətraf mühitin müdafiəsi.


8.

Azernews” qəzeti

1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;

2) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

9.

“Xalq Cəbhəsi” qəzeti

1) vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

2) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.

10.

“Hürriyyət” qəzeti

1) ictimai və dövlət maraqlarının müdafiəsi;

2) diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

11.

“Ədalət” qəzeti

1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;

2) regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.

12.

“Həftə içi” qəzeti

1) elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

2) gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

13.

“Azad Azərbaycan” qəzeti

1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği.

14.

“Türküstan” qəzeti

1) azərbaycançılıq ideyasının təbliği.

15.

“Olaylar” qəzeti

1) gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

16.

“Paralel” qəzeti

1) ekologiya və ətraf mühitin müdafiəsi.

17.

“Unikal” qəzeti

1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.

18.

“Nedelya” qəzeti

1) Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.

19.

“Hərbi And” qəzeti

1) gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.




Açar sözlər:

Oxunub: 458