Azərbaycan deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
11:53 06 Yanvar 2021

Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün yanvarın 7-də ölkənin paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, deputat Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin, millət vəkili Naqif Həmzəyev isə TÜRKPA-nın xətti ilə seçkiləri izləyəcəklər.
Yanvarın 10-da keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitlə yaxından maraqlanacaq, prosesin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.
Səfər yanvarın 15-də başa çatacaq.
Femida.az
Oxunub: 171
Oxşar xəbərlər
- Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb
- Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirib
- Azərbaycanda son sutkada 305 nəfər yoluxub
- Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
- Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
- Azərbaycanda 118 yeni yoluxma qeydə alınıb
- Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək
- Azərbaycanda universitet müəllimi koronavirusdan vəfat edib
- Azərbaycan COVID-19-la mübarizədə 3-cü ən yaxşı ölkədir
- Azərbaycanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü