Karantini pozan çayxana aşkar edilib
12:21 06 Yanvar 2021
Şamaxı rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon sakini Ağacəfər Manafovun qanunsuz olaraq şəhər ərazisində yerləşən özünə məxsus çayxananı işlətdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. A.Manafov və müştərilər Polis Şöbəsinə dəvət olunub. Karantin qaydalarını pozan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər, obyekt sahibi barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Femida.az
Oxunub: 453
Oxşar xəbərlər
- Karantini pozan 40 nəfər həbs edilib
- Karantini pozan repetitor saxlanılıb
- Karantini pozan 1296 nəfər cərimələndi
- Karantini pozan 3 147 nəfər cərimələndi
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
- Karantini pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlandı
- Karantini pozan 2 kafe aşkarlandı, 20 nəfər cərimələndi
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
- Karantini pozan Qobustan sakinləri məsuliyyətə cəlb olundu