Azərbaycan qəhrəmanları poçt markalarında - Fotolar
13:39 06 Yanvar 2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Azərbaycan 2020” adlı poçt markaları dövriyyəyə buraxılıb.
Femida.az xəbər verir ki, markalar 2020-ci ilin iki ən əhəmiyyətli hadisəsi – koronavirus pandemiyası və Vətən müharibəsinin əsas qəhrəmanlarına həsr olunub.
Birinci markada əsgər və həkimdən, ikinci markada isə dezinfeksiyaçı və minaaxtarandan ibarət fotokollajlar yerləşdirilib. Məqsəd həm pandemiya dövründə virusla mübarizədə, həm də 44 günlük Vətən müharibəsində şücaət göstərən həmvətənlərimizin adlarının markalar vasitəsilə tarixə yazılması, həmçinin onların bu hadisələrdə göstərdikləri fədakarlığın yerli və əcnəbi filatelistlər arasında təbliğ edilməsidir.
Buraxılışda fotoqraflar Roman İsmayılov, Əziz Kərimov və Tofiq Babayevin fotolarından istifadə olunub. Dizaynı “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış markalar Belarus Respublikasında hər vərəqdə 8 ədəd, 2 növ marka olmaqla hər növdən 50 min tirajla çap olunub.
Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.
Femida.az
Oxunub: 185
Oxşar xəbərlər
- Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirib
- Azərbaycanda son sutkada 305 nəfər yoluxub
- Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
- Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
- Azərbaycanda 118 yeni yoluxma qeydə alınıb
- Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək
- Azərbaycanda universitet müəllimi koronavirusdan vəfat edib
- Azərbaycan COVID-19-la mübarizədə 3-cü ən yaxşı ölkədir
- Azərbaycanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü
- Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi