Əfqanıstan Prezidenti Azərbaycana gəlir


23:52     19 Dekabr 2015 afghanistan_president_191215.jpg

22 dekabr tarixində Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin yüksək vəzifəli nümayəndə heyəti ilə bir günlük rəsmi dövlət səfəri gözlənilir.


Trend-ə Əfqanıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata əsasən, prezidentlə birgə Xarici İşlər Naziri, Maliyyə Naziri, Milli Təhlükəsizlik Müşaviri, Ticarət və Sənaye Naziri, Əmək və Sosial Təhlükəsizlik Naziri və digər yüksək rütbəli nümayəndələrin də gəlişi planlaşdırılır.

Açar sözlər:

Oxunub: 1011