Dövlət Xidməti Aİ-92 benzini ilə bağlı sahibkarlara müraciət edib
13:56 06 Yanvar 2021

"Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə tarif tənzimlənməsi aparılıb və 5 yanvar tarixindən yeni tariflər tətbiq edilir. Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq".
Femida.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Məlumatda həmçinin bildirilir ki, tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb.
Qeyd edək ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək. Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə, toplanmış materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcək.
İstehlakçılar istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər (tel:498-15-01, 498-15-04).
Femida.az
Oxunub: 219
Oxşar xəbərlər
- Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
- Dövlət başçısı Xocalı rayonunun Sığnaq kəndində olub
- Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək
- Dövlət Komitəsi 12 yaşlı Ləmanı nəzarətə götürdü
- Dövlət hesabına təyin olunan vəkillərə 2.6 milyon manat ödənilib
- Dövlət Baxçalı Prezident İlham Əliyevi təbrik edib
- Dövlətə 231 min manat ziyan vuran vəzifəli şəxslər barəsində istintaq yekunlaşdı
- Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası dəyişdi
- Dövlət Agentliyi tibbi sığorta ilə bağlı vətəndaşlara müraciət edib
- Dövlət Turizm Agentliyindən Yeni il xəbərdarlığı