Füzulidə 28 min hektardan çox ərazidə buğda səpilib
14:28 06 Yanvar 2021

Azərbaycanda 2021-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 976730,7 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Trend-in məlumatına görə, səpin aparılmış sahənin 98,5 faizini və yaxud 962402,7 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 594896,6 hektarı buğda, 367230,1 hektarı arpa, 276,0 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Şəki şəhəri (36180,3 ha) və Cəlilabad (56500,0 ha), Şamaxı (30371,8 ha), Füzuli (28559,0 ha), İsmayıllı (22719,0 ha), Ağcabədi (21612,1ha), Qobustan (18927,0 ha) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (29922,7 ha) və Neftçala (34470,0 ha), Kürdəmir (26760,4 ha), Biləsuvar (19334,0 ha), Ağsu (17326,0 ha), Ağdaş (13386,0 ha), Goranboy (13365,0 ha) rayonlarında səpilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,8 faiz, o cümlədən buğdanın səpin sahəsi 7,2 faiz, arpanın səpin sahəsi 0,6 faiz, çovdarın səpin sahəsi 21,1 faiz azalıb.
Femida.az
Oxunub: 165
Oxşar xəbərlər
- Füzulidə beynəlxalq aeroport tikiləcək
- Füzulidə mülki şəxs minaya düşdü - Hər iki ayağını itirdi
- Füzulidə minaya düşənlərin meyitləri təhvil verildi
- Füzulidə “Toyota” minaya düşdü, 5 nəfər öldü
- Füzulidə qəbiristanlıq tamamilə məhv edilib
- Füzulidən Şuşaya çəkilən yeni avtomobil yolu gələn il istifadəyə veriləcək
- Füzulidə şəhid olan tarix müəllimi
- Füzulidə düşmənin əks-hücum cəhdi dəf edilib - Ermənilərin meyitləri döyüş meydanında qalıb
- Füzulidə iki avtomobil toqquşub, ölən və yaralananlar var
- Füzulidə mərmi tapılıb - Foto