Bibisinin evindən oğurluq edən şəxs saxlanılıb
15:10 06 Yanvar 2021
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiştəpə kəndində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı Elşən Həsənov ötən ilin dekabr ayının 28-də yaşadığı Şiştəpə kəndində, bibisinə məxsuz fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub və oradan 1 500 manat dəyərində qızıl-zinət əşyalarını gizli talayaraq oğurlayıb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E.Həsənovun cari ilin yanvar ayında da eyni ünvandan 1 800 manat nağd pul və 7 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, daha sonra isə cinayətin izlərini itirərək məsuliyyətdən yaxa qurtarmaq üçün fərdi yaşayış evini yandırmaq istəməsi məlum olub.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı E.Həsənov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları lombarda girov qoyduğunu və əldə etdiyi pulları xərclədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 352
Oxşar xəbərlər
- Şəmkirdə bibisinin evindən 10 min manatlıq oğurluq edən şəxsə şərti cəza verilib
- Bibisinin evindən oğurluq edən şəxs tutulub - FOTO
- Bibisinin evindən oğurluq etdirən qadın saxlanılıb
- Azərbaycanda DƏHŞƏTLİ QƏTL – Qısqandığı 25 yaşlı bibisinin boğazını kəsdi
- Əri ilə bibisinin evini soyan məhkum qadın: "Dedilər tutulana qədər özünü öldür" (VİDEO)
- Zaqatalada DƏHŞƏT - 8 yaşlı uşaq bibisinin evində intihar etdi
- Bibisinin yas mərasiminə gələn kişi bıçaqlandı - Qaxda
- Bibisinin evindən 50 min oğurladı
- Tələbə bibisinin evini yardı: `Birinci əməlimdi` (VİDEO)