Daha bir şəhidin ailəsinə sosial dəstək göstərilib
15:59 06 Yanvar 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə şəhid olmuş Elyar Arif oğlu Vəliyevin ailəsini də sosial dəstək tədbirləri ilə əhatə edib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, ƏƏSMN əməkdaşları şəhidin ailəsi (Qobustan rayonu, Sədəf kəndi) ilə görüşərkən, şəhidin həyat yoldaşının və üç əkiz övladının maddi təminatlarının gücləndirilməsi üçün ilk növbədə ailənin ünvanlı dövlət sosial yardımla təmin olunması qərara alınıb. Müvafiq sənədlərin (uşaqların yeni şəxsiyyət vəsiqələrinin, təmsilçilik ərizəsinin) alınmasında, müraciətin e-sistemə daxil edilməsində köməklik göstərilib və ailəyə aylıq 411 manat ünvanlı sosial yardım təyin olunub.
Eyni zamanda, şəhidin ailəsinə Prezidentin aylıq təqaüdünün, ailə başçısını itirməyə görə pensiyanın və ya müavinətin, həmçinin uşaqlarının hər birinə müavinətin təyin olunması işləri aparılır.
Şəhidin həyat yoldaşı öz istəyi əsasında növbədənkənar özünüməşğulluq proqramına da cəlb edilib. Proqram çərçivəsində onun üçün təsərrüfat yaradılıb.
Femida.az
Oxunub: 173
Oxşar xəbərlər
- Daha 4 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanıb
- Daha bir qazi yüksək texnologiyalı protezlə təmin olunur
- Daha iki prospekt və bir küçədə avtobus zolağı çəkildi
- Daha 30 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə ev verilib
- Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir
- Daha 12 koronavirus xəstəsinə cinayət işi başlanıldı
- Daha bir şəhid ailəsinə təqaüd kartı təqdim edildi
- Daha üç rayonda şəhid ailələrinə təqaüd kartları təqdim edilib
- Daha bir qazi ailəsinə yardım edilib - FOTO
- Daha bir qazinin ailəsi mənzillə təmin edilib