London məhkəməsi Assanjı girov müqabilində azadlığa buraxmaqdan imtina edib


19:30     06 Yanvar 2021 21_01_06_1609945859.jpg

Londonun Vestminster rayonunun Magistrlar Məhkəməsi “Wikileaks”in qurucusu Culian Assanjı girov müqabilində sərbəst buraxmaqdan imtina edib

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Assanj daha əvvəllər girov müqabilində sərbəst buraxılma şərtlərini pozduğuna görə azadlığa çıxa bilməyib. Məhkəmə eyni əsaslarla vəkillərin əvvəlki bütün vəsatətlərini də rədd etmişdi.

İndi o, ABŞ-ın ekstradisiya ilə bağlı müraciəti üzrə apellyasiyaya baxılana qədər həbsdə qalacaq.

Xatırladaq ki, yanvarın 4-də London Mərkəzi Cinayət Məhkəməsi Assanjın ekstradisiyası ilə bağlı ABŞ hökumətinin iddiasını rədd etmişdi.

Açar sözlər:

Oxunub: 447