BNA və DANX: Sərnişin avtobuslarında gediş haqqı artımı gündəmdə deyil
20:50 06 Yanvar 2021

Bakı Nəqliyyat Agentliyi (BNA) Tarif (Qiymət) Şurasının qərarı ilə ölkədə yanacağın qiymətinin artırılmasından sonra sərnişin avtobuslarında da gediş haqqının artırılması ehtimalına münasibət bildirib.
Bu barədə “Report”un sorğusunu Agentliyin mətbuat katibi Mais Ağayev cavablandırıb.
“BNA paytaxtda müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib və bu məsələ hazırda gündəmdə deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”, - o qeyd edib.
Oxunub: 185
Oxşar xəbərlər
- Putin: “Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl həyata keçirilir”
- ÜST: Hazırda daha 10 peyvənd dəyərləndirmədən keçirilir
- Hikmət Hacıyev: “Ermənistan da Azərbaycan-Türkiyə əməkdaşlığından faydalana bilər”
- Prezident: "Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik"
- Bakıda dəhşətli hadisə: gənc qadını doğrayıb zibil qutusuna atdılar
- XİN: Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək
- DİN: Ötən gün 2 yol qəzası olub, 2 nəfər ölüb
- FHN: Xırdalanda partlayış baş verən evdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir
- "Azəriqaz": Xırdalanda partlayış ərazisindən yeraltı qaz kəməri keçmir
- Ombudsman Aparatı: Əfqan Sadıqov komada deyil