Vətən müharibəsində şəhid olan futbol ailəsi üzvlərinin sayı açıqlandı
21:44 06 Yanvar 2021
AFFA-nın Qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına şəhid olub.
Femida.az milli assosiasiyanın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, onlardan 190 nəfəri oyunçu, biri isə məşqçi kimi sistemdə qeydiyyatda olub. Şəhidlərin ən gənci 2002-ci il, ən yaşlı olanı isə 1982-ci il təvəllüdlüdür.
2009-cu ildən bu günədək 212.000-dən çox şəxs AFFA-nın Qeydiyyat sistemində qeydiyyata alınıb. Bu sistem futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyatını əhatə edir.
Xatırladaq ki, şəhid olan mülki şəxslər arasında Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvü Şəhriyar Qurbanov da var.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Oxunub: 484
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Vətən müharibəsində yaralanan hərbçilərin sayı açıqlanıb
- Vətən müharibəsi iştirakçısına hökm oxunub
- Vətən müharibəsində ön cəbhədə fədakarlıq göstərmiş tibb işçilərinə veteran adı veriləcək
- Vətən müharibəsi iştirakçılarının həkimə ən çox hansı şikayətlə müraciət etdiyi məlum olub
- Vətən müharibəsi veteranlarına Prezident təqaüdünün təyinatı yekunlaşıb
- Vətən müharibəsində əlil olan şəxslər attestasiyadan keçirilməyəcək
- Vətən müharibəsində iştirak edən daha iki qurumun hərbçilərinə veteran adı verilib
- Vətən müharibəsindən indiyədək mina partlayışında 36 nəfər həlak olub