Xaçmaz sakini dəm qazından boğulub


09:41     07 Yanvar 2021 21_01_07_1609969334.jpg

Xaçmazda yerli sakin hamamda ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yaşayan Məhərrəm Rəhmanov hamamda çimərkən dünyasını dəyişib. M.Rəhmanovun dəm qazından boğularaq öldüyü ehtimal edilir.

Onun meyiti ekspertiza edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 395