Vaşinqtonda atışma zamanı öldürülənlərin sayı 4-ə çatdı
10:50 07 Yanvar 2021
ABŞ-ın paytaxtı Vaşinqtonun hakimiyyət orqanları şəhərdə baş verən qarışıqlıqlar zamanı ümumilikdə 4 nəfərin öldürüldüyünü təsdiqləyiblər.
Femida.az xəbər verir ki, bu barədə Vaşinqton polisinin rəhbəri Robert Konti keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib ki, bir qadın Kapitolinin binasında baş verən atışma zamanı odlu silahdan aldığı xəsarətdən ölüb. Bununla yanaşı, qarışıqlıqlar zamanı daha 3 nəfər həlak olub. Lakin polis rəsmisi həmin şəxslərin hansı şəraitdə öldürüldüklərini dəqiqləşdirməyib.
Xatırladaq ki, Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb. Toqquşmalar zamanı həmçinin odlu silahdan da atəş açılıb. Lakin atəşlərin kimlər tərəfindən açıldığı hələ məlum deyil.
Oxunub: 453
Oxşar xəbərlər
- Vaşinqtonda baş verən toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb
- Vaşinqtonda atışma olub, ölən və yaralananlar var
- Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşüb
- Vaşinqtonda Azərbaycan Günü keçirilib
- Vaşinqtonda Azərbaycan Milli Günü bəyan edilib
- Vaşinqtondan Türkiyəyə pozitiv təklif