COVID-19 xəstələri olan Cəlilabad sakinləri saxlanıldı
11:05 07 Yanvar 2021

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən daha 2 nəfər aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Cəlilabad Rayon sakinləri İ.Səmədov və X.Dövlətova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib. İ.Səmədov Masallı şəhəri ərazisində ictimai yerdə, X.Dövlətov isə Masallı şəhərinin giriş hissəsində qurulmuş stasionar postlardan birində müvafiq yoxlama zamanı aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.
Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Oxunub: 228
Oxşar xəbərlər
- COVID-19-un mənşəyi məlum oldu
- COVID-19 xəstəsi olan aptek rəhbərinə cinayət işi açıldı
- COVID-19-dan sağalanların sayı 31 mini ötdü
- COVID-19-a qarşı peyvəndin sınaqları uğurlu olub
- COVID-19 testlərinin maya dəyəri 40 manatdır
- COVID-19-a yoluxan Bəhram Bağırzadənin vəziyyəti kəskin pisləşib - RƏSMİ
- COVID-19-la bağlı daha bir maarifləndirmə layihəsi başlayır
- COVID-19 istifadə etdiyimiz su vasitəsilə də yayılır? – Rəsmi açıqlama