Bələdiyyə sədrinin meyitinin tapılması ilə bağlı rəsmi açıqlama
11:33 07 Yanvar 2021

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə İsmayıllı rayonu İvanovka kəndi ərazisində Göyçay rayonu, Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyitinin aşkar edilməsi barədə məlumatlar yayılıb".
Bu barədə Femida.az-a İsmayıllı Rayon Prokurorluğundan bildirilib.
"Bununla bağlı bildiririk ki, yanvarın 6-ı saat 14 radələrində Ramil Yusifovun meyitinin İvanovka kəndi ərazisində aşkar edilməsi barədə İsmayıllı rayon Prokurorluğuna məlumat daxil olub. Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və zəruri olan digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda ölümün səbəbinin müəyyən edilməsi və hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədi ilə İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", prokurorluqdan bildirilib.
Oxunub: 214
Oxşar xəbərlər
- Bələdiyyə sədrinə cinayət işi açıldı
- Bələdiyyələrin qanunsuz verdiyi 3500 hektar torpaq geri qaytarılıb
- Bələdiyyə işçiləri ilə bağlı Operativ Qərargaha müraciət olunacaq
- Bələdiyyə üzvləri üçün onlayn YADDAŞ KİTABÇASI
- Bələdiyyələrlə əlaqədar iki qanun layihəsi hazırlanıb
- Bələdiyyə üzvü seçilən gənc xanım: "Problemlərin həllində qadınlar fəallıq göstərəcəklər"
- Bələdiyyələrin maliyyə resurslarına əlçatımlılığı olmalıdır
- Bələdiyyələrlə iş mərkəzində müşavirə keçirilib
- Bələdiyyə seçkilərində 2 bələdiyyə tam tərkibdə formalaşmayıb
- Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq