Şəkidə keçmiş məhkum narkotiklə tutulub


11:50     07 Yanvar 2021 21_01_07_1610004243.jpg

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbir nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nurəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkarlanıb.

Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman isə həyətyanı sahədə yerləşən yarım tikilidən 470 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 221