Müdafiə Nazirliyində iki istehkamçı tabor yaradılır
13:42 07 Yanvar 2021

Müdafiə Nazirliyində iki istehkamçı tabor yaradılır
"Eyni zamanda, mən göstəriş vermişəm ki, Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı tabor yaradılsın. Dünən müdafiə naziri mənə məlumat vermişdir ki, bu sahədə işlər gedir".
Femida.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
"Eyni zamanda, Türkiyədən bildiyiniz kimi, 130 nəfərdən ibarət böyük heyət gəlmişdir. Onlar həm təlimatçı kimi bizim istehkamçılar üçün treninq keçirirlər, eyni zamanda, özləri də təmizləmə işləri ilə məşğuldurlar. İki gün bundan əvvəl Rusiyadan bir qrup istehkamçı gəlib və artıq onlar da bu fəaliyyətə başlayıblar. Biz bütün xarici tərəfdaşlara dərin təşəkkürümüzü bildiririk. Çünki bu ərazilərin bərpası üçün başlıca vəzifə minalardan təmizləmədir. Bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır", - dövlət başçısı bildirib.
Femida.az
Oxunub: 216
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi
- Müdafiə Nazirliyi məlumat yaydı
- Müdafiə Nazirliyi tərxis olunan şəxslərə müraciət edib
- Müdafiə naziri azad edilmiş ərazilərdə - FOTOLAR
- Müdafiə naziri yaralı hərbçilərlə görüşdü
- Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçuların yeni siyahısını yayıb
- Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürdü
- Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib
- Müdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTO
- Müdafiə Nazirliyi Şuşa və Xocavəndlə bağlı AÇIQLAMA