Müahirəbənin başlamasını bilirdik, artilleriya səsləri yaxınlaşırdı - Dilqəm Əsgərov


14:18     07 Yanvar 2021 2021/01/61863ED7-6251-4651-A50F-F48D577B9F19_1610016071.jpeg

Biz orada müahirəbənin başlamasını bilirdik. Artilleriya səsləri yaxınlaşırdı.

Femida.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında erməni girovluğundan azad edilən Dilqəm Əsgərov deyib.

O bildirib ki, Azərbaycan Ordusunun yaxınlaşmasını görən ermənilər öz dustaqlarını Şuşa həbsxanasından köçürüblər: "Amma bizi aparmadılar. Bizim sadəcə gündüz gəzintimizi ləğv etdilər. Artıq o gündən bizi həyətə gəzməyə çıxarmadılar. Azərbaycanın artilleriya atəşi nəticəsində mərmi düz Şuşa həbsxanasının qarşısına düşdü. Ermənilər artıq qorxuya düşmüşdülər. Bizə psixoloji təsir etməyə çalışırdılar. Amma biz sevinirdik, bilirdik ki, Azərbaycan əsgərləri torpaqları azad edir. Erməni həbsxanasında rəis bizi qorxudurdu. Amma biz bilirdik ki, onlar qorxudan bizə təsir etmək istəyirdilər".

D.Əsgərovun sözlərinə görə, bir neçə gün sonra məlum oldu ki, əsgərlər Şuşaya daxil olub:

"Dərhal bizi maşına mindirib Şuşadan Gorusa apardılar. Bizimlə birlikdə bir azərbaycanlı əsir də apardılar. Amma sonradan onu yoxa çıxardılar. Mənə badalaq verib yıxdılar, təpiklədilər. Sonra apardılar Yerevana. Yerevanda paltarlarımı soyundurdular, başıma sellofan torba salıb boğurdular. Oradan Yerevan həbsxanasına apardılar. Nəzarətçilər qapını qaynaqladılar. Yalnız nəfəslik açıq qalırdı. Həmin şəxslər nəfəslikdən bizi söyürdülər. Bizi sonra yenidən qaytardılar Gorusa. Bir neçə gün qalandan sonra ruslara təhvil verdilər və Bakıya göndərdilər".


Femida.az

Açar sözlər:

Oxunub: 203


Oxşar xəbərlər