Bakıda beşmərtəbəli yaşayış binasında YANĞIN


16:03     07 Yanvar 2021 2019/08/yangin_yeni1_1564987969.jpg

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin(FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 328