Ağsuda karantin qaydalarını pozan kafe aşkarlandı
16:32 07 Yanvar 2021

Ağsuda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Gözəl Ağsu” adlı kafenin qanunsuz olaraq fəaliyyət göstərdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan icarədar Heyran Məmmədovun və müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər Polis Şöbəsinə gətirilib.
17 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub, kafeni işlədən H.Məmmədov və digər 7 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Femida.az
Oxunub: 208
Oxşar xəbərlər
- Ağsuda yanğın hadisəsi baş verib
- Ağsuda dağlıq ərazidə yanğın baş verib
- Ağsuda zəlzələ olub
- Ağsuda inək oğurlayan qəssab tutuldu - FOTO
- Ağsuda biçilmiş taxıl sahəsində yanğın baş verib
- Ağsuda maska taxmayanlar cərimələndi
- Ağsuda baş verən yanğın söndürülüb
- Ağsuda bir ton çətənə kolu yandırılıb
- Ağsuda karantini pozan 4 nəfər həbs edildi - VİDEO
- Ağsuda 3 otaqlı ev yanıb