Müharibədən zərər çəkən ailələrə psixososial dəstək verilməsinə başlanılıb
18:44 07 Yanvar 2021
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və iştirakı ilə 2020-ci ilin noyabr ayından etibarən müharibədən zərər çəkən ailələrə yardım məqsədilə psixososial dəstək layihəsi həyata keçirilir.
Dövlət Komitəsindən Femida.az-a bildirilib ki, layihə çərçivəsində Goranboy və Ağdam rayonlarında müharibədən zərər görən 600-dən çox ailəyə səfər edilmiş, sorğu anketi əsasında tibbi-sosial-hüquqi problemlər araşdırılıb.
Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçi və psixoloqlarının iştirakı ilə Ağdamın Dördyol 1 qəsəbəsində, Goranboyun Tapqaraqoyunlu, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində ailələrin qiymətləndirilməsi aparılıb. Ümumilikdə 1441 nəfərin ilkin psixo-emosional vəziyyəti qiymətləndirilmiş, risk qrupunda olan uşaq və analarla fərdi və qrup terapiyası işi həyata keçirilməkdədir. Mərkəz əməkdaşları Tərtər rayonundan olan ailələrə də səfər edib.
Bundan əlavə, Goranboy UADM-ın əməkdaşları könüllü olaraq noyabr ayından etibarən Naftalan şəhər Reabilitasiya Mərkəzində müharibədən əziyyət çəkmiş ailələr, şəhid ailələri, müharibə qaziləri və onların ailə üzvləri ilə psixososial iş aparılmaqdadır.
Qeyd edək ki, müharibə dövründə də Ağdam, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri müvəqqəti sığınacaqlara yerləşdirilən ailələrlə qeyd olunan istiqamətlərdə iş aparıblar.
Femida.az
Oxunub: 437
Oxşar xəbərlər
- Ukraynada müharibədən zərər çəkən bir qrup sakin Rumıniya sərhədinə yola salınıb
- Sahibə Qafarova: "Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik"
- "Pis sülh müharibədən yaxşıdır" - Putin (VİDEO)
- “Müharibədən sonra tutulan erməni diversantlar məhkəmədə layiqli cəzalarını alıblar”- Baş prokuror
- Dövlət başçısı: "Baxın, müharibədən cəmi 7 ay keçib, nə qədər böyük işlər görmüşük"
- Müharibədən sonra azad edilən ərazilərdə 1560 erməni hərbçinin meyiti tapılıb
- BMT baş katibi: "Yeni soyuq müharibədən çəkinməliyik"
- Azərbaycan müharibədən sonra 70-dən çox erməni əsiri qarşı tərəfə qaytarıb
- Müharibədən qayıdan şəxslərin 5298 müraciətinə baxılıb
- Müharibədən qayıdan şəxslərin 1 700-dən çox müraciətinə baxılıb