Müdafiə naziri işğaldan azad edilmiş ərazilərdə


21:33     07 Yanvar 2021 2021/01/16100-1610039563_4830144150.jpg


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrində olub və burada yaradılan şəraitlə maraqlanıb.

Müdafiə naziri bölmələrdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan sonra şəxsi heyətin döyüş hazırlığı və qoşun xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.



Femida.az

Açar sözlər: #müdafiə   #nazir   #ordu   #Qarabağ   #cəbhə  

Oxunub: 665