Biləsuvarda minik, Kürdəmirdə yük avtomobili yanıb


09:35     08 Yanvar 2021 yananmasin20150709.jpg

Biləsuvar rayonunda "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Kürdəmir rayonunun Yeni Şıxımlı kəndində "DAF" markalı yük avtomobilinin qoşqusunun 3 ədəd təkəri yanıb. Avtomobil və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 376