Türkiyə peykini kosmosa göndərdi


10:08     08 Yanvar 2021 2021/01/peyk_1610086188.jpg

Amerikanın “SpeysX” şirkəti “Falcon 9” raket daşıyıcısının buraxılışını həyata keçirib.

Femida.az xəbər verir ki, “Falcon 9” kosmosa Türkiyənin “Türksat 5A” əlaqə peykini çıxarıb. Raket kosmosa Floridadakı Kanaveral kosmodromundan havaya qalxıb.

Kosmosa çıxarılan peyk beşinci nəsildir və o, kosmosda 30 il müddətində istifadə ediləcək. Peyk televiziya yayımı xidmətləri, eləcə də 1728 meqahers gücündə coğrafi məlumat xidmətləri təqdim edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 357