Bakı-Sumqayıt qatarı həftəsonu işləməyəcək


10:46     08 Yanvar 2021 baki-sumqayit-qatari-pulsuz-olduba0f5b9cce6035ef77b0.jpg

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 9 və 10 yanvar (şənbə və bazar) günləri hərəkətdə olmayacaq.

Bu barədə Femida.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, 11 yanvar tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 489