Mağazadan oğurluq edən şəxs tutuldu
11:07 08 Yanvar 2021
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazsində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini Anar Nağdıyev cari ilin yanvar ayında şəhər ərazisində yerləşən mağazaya qanunsuz olaraq daxil olaraq oradan 300 manat nağd pul, ümumi dəyəri 800 manat olan 2 ədəd mobil telefon və kompyuter oğurlayıb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A.Nağdıyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan çəkisi 485 qram narkotik vasitə olan, qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 421
Oxşar xəbərlər
- Mağazadan 4 500 manat oğurlandı
- Mağazadan 6 min manat pul oğurladılar
- Mağazadan araq və siqaret oğurlandı
- Mağazadan meyvə və yumurta oğurlandı
- Mağazadan oğurluq edən şəxs saxlanıldı
- Mağazadan 3000 manatlıq lotoreya bileti oğurlandı
- Mağazadan içərisində xeyli pul olan seyf oğurlanıb
- Mağazadan qızıl oğurlanıb
- Mağazadan 340 min manat oğurlayan kassir tutuldu
- Mağazadan 73 telefon oğurladı (FOTO)