Ötən gün 6 koronavirus xəstəsinə cinayət işi açılıb
11:20 08 Yanvar 2021

Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, 2021-ci il yanvarın 7-də ev şəraitində müalicə təyin edilən 7 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar.
6 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Oxunub: 229
Oxşar xəbərlər
- Ötən ilin birinci yarısında 79 uşaq məhkum edilib
- Ötən il Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırılıb
- Ötən il Bakıda cinayət hadisələrinin sayı azalıb
- Ötən il Azərbaycanda 197 nəqliyyat vasitəsi qaçırılıb
- Ötən il Azərbaycanda 200-dən çox yanğın olub
- Ötən il 674 koronavirus xəstəsi barəsində cinayət işi açılıb
- Ötən il Azərbaycanda 116 min nəfər doğulub - 61 min nəfər ölüb
- Ötən il 1,8 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
- Ötən il telekanallarda müşahidə olunan əsas qanun pozuntuları açıqlanıb
- Ötən il 7 siyasi partiya dövlət qeydiyyatına alınıb