“YAŞAT” Fonduna rəhbər təyin edilib
11:56 08 Yanvar 2021

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) rəhbər təyin edilib.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Fondun rəhbəri vəzifəsinə Qarabağ qazisi Elvin Hüseynov təyin olunub.
Bundan başqa, Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib. O, əvvəllər "ASAN Könüllüləri" Təşkilatının sədr müavini, daha sonra "ASAN məktub" layihəsinin rəhbəri vəzifəsində işləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.
Femida.az
Oxunub: 213
Oxşar xəbərlər
- “YAŞAT” Fondu üç qazini əməliyyat etdirib
- “YAŞAT” Fonduna nə qədər vəsait daxil olub? - AÇIQLANDI
- “YAŞAT” Fonduna ödənişlə bağlı YENİLİK
- “YAŞAT” Fonduna bir günə 1,5 milyon manat vəsait ianə edildi
- “YAŞAT” Fonduna yardım etmək istəyənlərin NƏZƏRİNƏ - Bank rekvizitləri açıqlandı
- “YAŞAT” Fonduna müraciətlərin qəbulu və növbəlilik qaydası açıqlanıb
- “YAŞAT” Fonduna SMS vasitəsi ilə yardım etmək mümkün olacaq
- “YAŞAT” Fondu şəhid ailələri və müharibə əlillərinin kredit və borclarını ödəyəcək
- “YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi