Dünyada koronavirusa yoluxanların sayı 88 milyonu keçdi


12:10     08 Yanvar 2021 2020/03/korono_1584719681.jpg

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 88 milyon 503 min 66 nəfərə çatıb.

Femida.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 906 min 746 nəfərdir. İndiyədək 63 milyon 612 min 318 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 735 944 nəfər koronavirusa yoluxub, 13 968 pasiyent dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 22 132 045 nəfər virusa yoluxub, 374 124 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 414 044 yoluxma qeydə alınıb. Onlardan 150 606 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 7 961 673 nəfərdə virus aşkar edilib. Xəstələrdən 200 498 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 332 142 yoluxma, 60 457 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 2 889 419 nəfər virusa yoluxub ki, onlardan 78 508-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 326