Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib


12:26     08 Yanvar 2021 Prokurorluq%20yen%20%20070714.jpg


Yanvarın 8-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.


Baş Prokurorluğun Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanları tərəfindən 2020-ci il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Əməliyyat müşavirəsinin detalları barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 602