Ötən il 8 prokurorluq işçisi vəzifədən azad edilib
14:06 08 Yanvar 2021

Xəbər verildiyi kimi, yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib.
Bildirilib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib.
Femida.az
Oxunub: 229
Oxşar xəbərlər
- Şuşa istiqamətində hərbçilərin düşdüyü qəza ilə bağlı - Hərbi Prokurorluqdan açıqlama
- Prokurorluğun Strateji İnkişaf Konsepsiyası təsdiq olunub
- 38 prokurorluq əməkdaşı dövlət mükafatları ilə təltif edilib
- Korrupsiya cinayətlərində 50 milyon manata yaxın ziyan ödənilib
- 2020-ci ildə 281 şəxs korrupsiya cinayətində ittiham olunub
- 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib
- Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
- Prezident prokurorluq işçilərini təltif etdi - SİYAHI
- Baş Prokurorluq: Ermənistan hüquq mühafizə orqanları bu cinayətləri araşdırmır
- Vəzifəli şəxslərin adından istifadə etdi - 70 mindən çox pul mənimsədi