38 prokurorluq əməkdaşı dövlət mükafatları ilə təltif edilib
14:56 08 Yanvar 2021

Yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə Baş prokuror Kamran Əliyev çıxış etdib.
Əməliyyat müşavirəsində prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi qeyd edilməklə ölkə başçısının Sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 38 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin kollektivin böyük sevincinə səbəb olduğu vurğulanıb, bu münasibətlə İlham Əliyevə prokurorluq işçiləri adından dərin minnətdarlıq bildirilib, gündəlik fəaliyyətin daha yüksək tələblər səviyyəsində qurulacağına əminlik ifadə olunub.
Femida.az
Oxunub: 194
Oxşar xəbərlər
- Ötən il Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırılıb
- Məsuliyyətə cəlb olunan Hərbi Prokurorluq işçilərinin SAYI
- Qəsdən adam öldürmə cinayətləri 30% azalıb - Hərbi Prokurorluq
- Hərbi Prokurorluq: Cinayətlərin 99,5 faizi açılıb
- Baş Prokurorluğun "İnstagram" hesabı təsdiqləndi
- Prokurorluğa işə qəbulla bağlı sənəd qəbulu fevralın 1-də başa çatır
- Şuşa istiqamətində hərbçilərin düşdüyü qəza ilə bağlı - Hərbi Prokurorluqdan açıqlama
- Azərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir
- Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin etdi
- “Ermənistana qarşı məhkəmə proseslərinə başlayacağıq” - Baş prokuror