Prokurorluğun Strateji İnkişaf Konsepsiyası təsdiq olunub
15:02 08 Yanvar 2021

Xəbər verildiyi kimi, yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib.
Əməliyyat müşavirəsində ötən ilin prokurorluğun tarixində də əlamətdar olması qeyd edilməklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 1 may 2020-ci il tarixdə Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən verdiyi göstəriş və tapşırıqların prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılmasını labüd etdiyi diqqətə çatdırılıb.
Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə Fəaliyyət Planı təsdiq olunmaqla qısa müddət ərzində prokurorluqda mütərəqqi struktur və kadr islahatları aparılmaqla prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə zəruri tədbirlər görülüb.
Eyni zamanda prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yenilənməsi, sistemli hala salınması məqsədilə “İşin Təşkili Qaydaları”, həmçinin prokurorluq orqanlarının yaxın gələcəkdə fəaliyyət və inkişaf istiqamətlərini müəyyənləşdirən rəhbər sənəd kimi “Prokurorluğun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” hazırlanaraq təsdiq olunub.
Femida.az
Oxunub: 188
Oxşar xəbərlər
- Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlandı
- Baş Prokurorluq Xırdalanda baş verən partlayışla bağlı açıqlama yayıb
- Baş Prokurorluq: Ötən il 30 şəxs tutularaq ölkəmizə ekstradisiya edilib
- Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib
- Baş Prokurorluqda erməni cinayətləri ilə bağlı 62 cinayət işi başlanıb - 21 şəxs barəsində axtarış elan edilib
- Ötən il 38 prokurorluq əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib
- Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
- Məsuliyyətə cəlb olunan Hərbi Prokurorluq işçilərinin SAYI
- Qəsdən adam öldürmə cinayətləri 30% azalıb - Hərbi Prokurorluq
- Hərbi Prokurorluq: Cinayətlərin 99,5 faizi açılıb