Qarabağa qayıtmayanlar köçkün statusunu itirəcək - RƏSMİ
15:27 08 Yanvar 2021
Məcburi köçkünlərdən evə qayıtmaları ilə bağlı suala səmimi cavab vermələri xahiş olunur. Ola bilsin ki, hansısa məcburi köçkün qayıtmaq istəməsin. Bu, onların seçimidir.
Femida.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq məcburi köçkün statusunu itirilmiş olacaqlar: “Bu zaman məcburi köçkün və onlara bərabər olan şəxslərə şamil olunan imtiyazlar qüvvəsini itirəcək. Qanunvericilikdə bununla bağlı düzəlişlərin olacağı istisna deyil. Yeni reallıqlara əsasən, yeni qanunların qəbuluna ehtiyac ola bilər. Bununla bağlı təkliflər hazırlanır və iş gedir”.
Femida.az
Oxunub: 553
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək