“WhatsApp” istifadəçiləri DİQQƏT! - Məlumatlarınız “Faсebook”la paylaşılacaq
16:27 08 Yanvar 2021

“WhatsApp” messencerinin tərtibatçıları istifadəçi razılaşmasını yeniləyərək, fərdi məlumatların “Faсebook”a ötürülməsi barədə bənd əlavə ediblər.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
İstifadəçi müqaviləsinin mətnində deyilir ki, “Faсebook” korporasiyasının bir hissəsi olan “WhatsApp”, vərdişlərini və zövqlərini təhlil etmək üçün istifadəçi haqqında lazımi məlumatları şirkətin bütün “tətbiqetmə ailəsi” ilə bölüşəcək.
“WhatsApp” tərtibatçıları, fərdi reklamı istifadəçi istəklərinə uyğunlaşdırmaq və xidmətləri yaxşılaşdırmaq, həmçinin, müştəri üçün ən uyğun olan məzmunu təklif etmək üçün şirkətin bu məlumatlara ehtiyacı olduğunu izah edir.
Tərtibatçılar əmindirlər ki, sosial şəbəkələrin qarşılıqlı inteqrasiyası istifadəçilər üçün imkanları genişləndirəcək.
Femida.az
Oxunub: 627
Oxşar xəbərlər
- Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
- Prezident: "Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək"
- “Azəriqaz”: “Məcburi köçkünlərin borcu hələ də ödənilməyib”
- Lavrov: “Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur”
- Lavrov: "Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb"
- Ailə faciəsi: Ana və üç övladı yanaraq həlak olub
- Ədliyyə naziri: “Qanunsuz ayrılan 8 200 hektardan artıq torpaq geri qaytarılıb”
- BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
- İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
- Prezident: "Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda güdülən məqsəd aydın idi"