Azərbaycanda koronavirusdan daha 24 nəfər ölüb
16:51 08 Yanvar 2021

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1 879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 223 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 205 406 nəfər müalicə olunaraq sağalıb, 2 869 nəfər vəfat edib. Hazırda 15 142 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 383, bu günə qədər isə ümumilikdə 2 250 291 test icra olunub.
Femida.az
Oxunub: 224
Oxşar xəbərlər
- Azərbaycanda 437 nəfər COVID-19-dan sağalıb
- Azərbaycanda nazirlik əməkdaşlarına silahlı hücum olub
- Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb
- Azərbaycanda problemli kreditlər azalmaqda davam edir
- Azərbaycanda ötən il 410 min su analizi aparılıb
- Azərbaycanda yol qəzaları ən çox bu səbəbdən baş verir
- Azərbaycanda bütün mağazalar açıldı
- Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı açıqlanıb
- Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü
- Azərbaycanda daha 11 nəfər COVID-19-dan vəfat edib