Mobil operatorların şüaları ilə bağlı 17 şikayət daxil olub


17:22     08 Yanvar 2021 2021/01/3EDEB523-EBDF-4873-BB94-1BD39F1C5597_1610112881.png

“Yaşayış yerlərinin yaxınlığında quraşdırılan mobil operatorların ötürücü antenlərinin şüası ilə bağlı 17 şikayət daxil olub. Operator monitorinq mərkəzinin mütəxəssisləri hər bir şikayəti yerində araşdırmaq məqsədilə orada ölçü işləri aparıblar. 16 halda şüalanma norma daxilində müəyyən edilib”.

Azvision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

U.Tağıyeva vurğulayıb ki, belə qurğuların texniki parametrləri var: “Müasir texnologiyalar Azərbaycanda da istifadə olunur. Antenalar tək Bakıda deyil, bütün ölkələrdə qurulur. Texniki pasportda qeyd olunan göstəricilərdə mənfi təsir 2 metr məsafə dairəsində olmur. Bu məsələyə dövlət nəzarəti Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir. Nazirlik olaraq təşkilatlar bizə həmin mərkəzin rəyi ilə birgə müraciət edir. Hər hansı şikayət olanda dərhal araşdırılır”.

Açar sözlər:

Oxunub: 172