Xaçmazda qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb
17:37 08 Yanvar 2021

Polis əməkdaşları Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış nəticəsində 9 nəfərdən ibarət dəstə saxlanılaraq, istintaqa cəlb edilib. Saxlanılan şəxslərdən hər birinin qiyməti 220 manat dəyərində olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-ci (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi qaldırılaraq zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 226
Oxşar xəbərlər
- Xaçmazda toy edən şəxslər saxlanıldı
- Xaçmazda polis zabiti COVID-19-dan ölüb
- Xaçmazda minik avtomobili yük maşınları ilə toqquşub, xəsarət alan var
- Xaçmazda evlərdən oğurluq edən şəxs tutuldu
- Xaçmazda xuliqanlıq törədən şəxs tutulub
- Xaçmazda ev yanıb
- Xaçmazda polis əməliyyat keçirdi, saxlanılan var
- Xaçmazda sərnişin daşıyan sürücü məsuliyyətə cəlb olundu
- Xaçmazda ər arvadını qətlə yetirdi
- Xaçmazda toy mərasimi etmək istəyənlər cərimələndi