ABŞ-da ilk dəfə bir günə 4 mindən çox COVID-19 xəstəsi ölüb


18:22     08 Yanvar 2021 2021/01/korona-s_1610115784.jpg

ABŞ-da son sutka ərzində koronavirusdan ölən xəstələrin sayı ilk dəfə 4 min həddini keçib.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat verib.

Universitetin məlumatına görə, ABŞ-da son 24 saat ərzində tibb işçiləri 4 085 ölüm və 274 703 yoluxma halı qeydə alıblar.

Universitetin məlumatına görə, ABŞ-da pandemiyanın başlanğıcından bəri 21,5 milyondan çox yoluxma aşkarlanıb, 365 mindən çox insan COVID-19 qurbanı olub.

Açar sözlər:

Oxunub: 221