Bəzi tibb işçilərinin maaşına müddətli əlavənin ödənilməsi müddəti uzadılıb
18:33 08 Yanvar 2021

Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.
Femida.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi müddəti yanvarın 1-dən “martın 31-dək uzadılıb.
Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Oxunub: 223
Oxşar xəbərlər
- Bəzi mal-qara və ev toyuqlarının idxalından gömrük rüsumu tutulmayacaq - QƏRAR
- Bəzi işlər dövlət sifarişi kimi təsdiq olunacaq
- Bəzi ölkələrdə benzin və dizelin qiyməti - SİYAHI
- Bəzi deputatlar Zəfər paradına buraxılmayıb
- Bəzi müəllimlərin maaşı niyə azdır? - Nazir AÇIQLADI
- Bəzi platformalar VPN-siz işləyəcək
- Bəzi iş yerlərinin fəaliyyəti bərpa olundu
- Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
- Bəzi ixtisaslar üzrə keçid balı dəyişib
- Bəzi məzunlara imtahansız attestat veriləcək