İtkin düşən erməni hərbçilərin valideynləri oturaq aksiya keçirir
19:12 08 Yanvar 2021

Ermənistan silahlı qüvvələrinin itkin düşən hərbçilərinin valideynləri Eçmiədzində hərbi hissənin qarşısında oturaq aksiya keçirir.
Femida.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Hərbçilərin valideynləri və yaxınları hərbi hissənin komandanlığı ilə görüş tələb edirlər. Onlar 81 gündür həmin hərbçilərdən informasiya əldə edə bilmirlər.
“Hakimiyyət uğrunda mübarizə olsaydı, bütün deputatlar burada olardı. Bizə heç kim cavab vermək istəmir. Nə olar, qoy deputat gəlib desin ki, biz də sizinlə bir sıradayıq. Onlar bizim burada olduğumuzu görmürlər?”, - itkin düşən hərbçilərdən birinin anası Anait Adoyan bildirib.
Qeyd edək ki, yanvarın 7-də də hərbi hissədən valideynlərlə görüşə gələn olmayıb.
Oxunub: 221
Oxşar xəbərlər
- İtkin düşən 18 yaşlı əsgərimizin şəhid xəbəri gəldi - FOTO
- İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: "Çörək almağa gedərkən..."
- İtkin düşən iki hərbçimizdən şəhid xəbəri gəldi
- İtkin düşən hərbçimizin nəşi tapıldı
- İtkin hesab edilən Nurlanın da şəhid xəbəri gəldi...
- İtkin düşən 2 erməni əsgəri tapılıb
- İtkin düşən erməni əsgərlərinin anaları Azərbaycan Prezidentindən kömək istədi
- İtkin düşən hərbçilərin ailələrinə psixoloji dəstək göstərilir
- İtkin düşdüyü deyilən hərbçidən XƏBƏR VAR - VİDEO
- İtkin düşən erməni əsgərlərin valideynləri etiraz aksiyası keçirir