Vətən müharibəsində şəhid olan Zaqatala sakini dəfn edilib
19:22 08 Yanvar 2021
Vətən müharibəsində şəhid olan Zaqatala sakini dəfn edilib.
Femida.az -ın verdiyi xəbərə görə, rayonun Yuxarı Çardaxlar kənd sakini, 1994-cü il təvəllüdlü Ramazanov Vüsal Vahid oğlu Vətən müharibəsinə könüllü yollanıb.
V.Ramazanov sonuncu dəfə oktyabrın 27-də ailəsi ilə telefon əlaqəsi yaradıb. Həmin tarixdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb və itkin kimi qeydiyyata alınıb. Təxminən iki aydan sonra V.Ramazanovun meyiti tapılıb. Onun Xocavəndin “Qırmızı Bazar” qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu məlum olub.
Şəhidin cənazəsi bu gün Zaqatalaya aparılaraq doğulduğu kənddə torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Oxunub: 429
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Vətən müharibəsində yaralanan hərbçilərin sayı açıqlanıb
- Vətən müharibəsi iştirakçısına hökm oxunub
- Vətən müharibəsində ön cəbhədə fədakarlıq göstərmiş tibb işçilərinə veteran adı veriləcək
- Vətən müharibəsi iştirakçılarının həkimə ən çox hansı şikayətlə müraciət etdiyi məlum olub
- Vətən müharibəsi veteranlarına Prezident təqaüdünün təyinatı yekunlaşıb
- Vətən müharibəsində əlil olan şəxslər attestasiyadan keçirilməyəcək
- Vətən müharibəsində iştirak edən daha iki qurumun hərbçilərinə veteran adı verilib
- Vətən müharibəsindən indiyədək mina partlayışında 36 nəfər həlak olub