Rusiyada təyyarələr toqquşdu: Ölənlər var
19:43 08 Yanvar 2021

Rusiyanın Leninqrad vilayətində yerə çırpılan təyyarənin qəzadan əvvəl havada digər təyyarə ilə toqquşduğu məlum olub.
Femida.az -ın məlumatına görə, bu barədə TASS-a Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğundan bildirilib.
“İlkin məlumata görə, “Cessa” təyyarəsinin pilotu uçuş həyata keçirərkən göyərtəsində pilot və iki sərnişin olan “Piper” təyyarəsi onun ardınca uçuş edib. Təyyarələr uçuş zolağı üzərində havada toqquşub. Yüngül mühərrikli “Cessa” təyyarəsi yüngül zədələnib, pilot təhlükəsiz eniş edə bilib. İnsident nəticəsində “Cessa”nın pilotu zərər çəkməyib”, - deyə məlumatda bildirilir..
Prokurorluqdan “Piper” təyyarəsinin yerə çırpılması nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyiblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxunub: 242
Oxşar xəbərlər
- Rusiyada baş vermiş yanğın zamanı 4 nəfər ölüb
- Rusiyada mədən çöküb, ölən var
- Rusiyada yük maşını hərbi avtobuslara çırpılıb, dörd hərbçi ölüb
- Rusiyada evdə yanğın olub, 7 nəfər ölüb
- Rusiyada koronavirusdan ölənlərin sayı 58 mini ötüb
- Rusiyada son bir gündə 511 nəfər virusun qurbanı olub
- Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
- Rusiyada bir gündə 507 nəfər pandemiyanın qurbanı olub
- Rusiyadan Qarabağa minatəmizləyənlər gəlib
- Rusiyada qalan daha 155 Azərbaycan vətəndaşı ölkəyə gətirilib