MN Azərbaycanın 3 şəhərində Türkiyənin hərbi bazalarının qurulacağı barədə xəbərlərə münasibət bildirib
19:28 08 Yanvar 2021

Azərbaycanın Müdafiə Nazirliyi (MN) bir sıra xarici media orqanlarında ölkəmizin 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Femida.az-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”, - deyə MN rəsmisi vurğulayıb.
Oxunub: 224
Oxşar xəbərlər
- MN Vətən müharibəsində 2841 nəfər şəhid olub - SİYAHI
- MN və DTX-dan Hadrutdakı erməni təxribatı ilə bağlı RƏSMİ AÇIQLAMA
- MN: Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub
- MN: “Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib”
- MN: Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır - VİDEO
- MN: Düşmən Tərtər şəhərini, rayonun Qazyan və Hüsənli kəndlərini atəşə tutur
- MN rəsmisi: "Düşmən cəbhənin dərinliklərində belə darmadağın edilir"
- MN: Azərbaycan Ordusunun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır
- MN: Azərbaycan Ordusunun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır
- MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub