Londonda koronavirusa görə fövqəladə vəziyyət elan edilib


20:15     08 Yanvar 2021 21_01_08_1610122589.jpg

London meri Sadiq Xan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı vəziyyətin kəskinləşməsi ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib.

Femida.az -IN BBC-yə istinadən verdiyi xəbərə görə, London meri bildirib ki, Böyük Britaniyanın paytaxtında koronavirusun yayılması nəzarətdən çıxıb.

Onun sözlərinə görə, hazırda London xəstəxanalarında 7 mindən çox xəstə müalicə olunur ki, bu, ötən il qeydə alınan pik rəqəmdən 35 faiz çoxdur.

Mer qeyd edib ki, London Təcili Yardım Xidməti gündəlik 8 minə qədər çağırış alır, halbuki normal halda bir gündə 5500-ə qədər çağırış olurdu: “London böhran nöqtəsindədir. Əgər dərhal təcili tədbirlər görməsək, milli səhiyyə xidmətimiz təzyiqə tab gətirməyəcək və nəticədə daha çox insan öləcək. Londonlular böyük fədakarlıqlar edirlər. Özünüzü, ailənizi, dostlarınızı və digər londonluları qorumaq və milli səhiyyə xidmətimizi qorumaq üçün evdə qalın!”

Açar sözlər:

Oxunub: 443